Ruslan Qurbanov

    • Oyunçu
    • Statistika
    • Oyunlar
    • Şəkillər
    Ruslan Qurbanov
    Tam ad: Ruslan Qurbanov
    Azerbaijan  Azerbaijan
    Komanda: Qəbələ FK

    Ruslan Eldar oğlu Qurbanov (12 sentyabr 1991) — Azərbaycanlı futbolçu. Qəbələ futbol klubunun oyunçusudur. Mövqeyi hücumçudur. 

     

     

    Ruslan Rusiyanın Stavropol şəhərində anadan olub və futbolçu karyerasına məhz Rusiyada başlayıb. Rostov futbol klubunun aşağı yaş qruplarında çıxış edən oyunçu daha sonra icarə əsasında bu ölkənin Nika(Krasnıy Sulin) və Taqanroq komandalarında çıxış edib.

     

     

    2010-cu ildə Neftçiyə transfer olunan Qurbanov növbəti iki mövsümü icarə əsasında Sumqayıtda keçirib. Bu illərdə futbolçu Azərbaycanın U-21 yığmasının şərəfini də qoruyub. 

     

    2013-cü ildə Neftçiyə qayıdan Ruslan burada ölkə kubokunun qalibi olur. 2014-2015-ci il mövsümünü icarə əsasında Xorvatiyanın Hajduk Split komandasında keçirib.

     

     

     

    Daha sonra yenidən Neftçi komandasına qayıdıb. 2016-cı ilin avqustun 31-də isə Qəbələ klubuna keçib.

     

     

    Vikipediya: https://en.wikipedia.org/wiki/Ruslan_Qurbanov

     

     

    • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.